Bakı. Trend:
21-24 may tarixlərində Rusiyanın Krasnodar şəhərində keçirilmiş batut gimnastikası üzrə beynəlxalq turnirdə gimnastlarımız uğurla çıxış edərək iki medal qazanıblar.
Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, yeniyetmələr yaş kateqoriyasında ölkəmizi təmsil edən Ömər Qasımlı və Fərhad Mustafayev sinxron proqramda 42.850 xalla gümüş medalın sahibi olublar.
Böyüklər yaş kateqoriyasında çıxış edən Selcan Mahsudova və
Maqsud Mahsudov isə sinxron proqramda 49.300 xal toplayaraq bürünc
medala layiq görülüblər.
Gimnastlarımızı təbrik edir, qarşıdakı yarışlarda da yeni
nailiyyətlər arzulayırıq!