Bakı. Trend:
İtaliyanın “Milan” klubu hücum xəttini gənc futbolçu ilə gücləndirmək niyyətindədir.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, klub “Anje”nin şərəfini qoruyan Sidiki Şeriflə yaxından maraqlanır.
Milan təmsilçisinin skautlarının mövsümün əvvəlindən etibarən 18 yaşlı forvardı izlədiyi və onu gələcək üçün perspektivli transfer kimi dəyərləndirdiyi bildirilir.
Futbolçunun hazırkı klubu ilə müqaviləsi 2028-ci ilin iyununa qədər qüvvədədir.
Qeyd edək ki, futbolçu cari mövsümdə Fransa çempionatında keçirdiyi 14 oyunda 3 qolla yadda qalıb.