Bakı. Trend:
"Leypziq"in futbolçusu Antonio Nusa karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, "Barselona" norveçli vingeri transfer etmək istəyir.
La Liqa nəhənginin skautları Norveç millisinin üzvünü DÇ-2026-nın seçmə mərhələsinin İtaliya ilə matçında izləyiblər. 20 yaşlı oyunçu həmin matçda 1 qol vurub.
"Barselona"nın gənc oyunçu üçün yaxın zamanda hərəkətə keçəcəyi bildirilir.
Qeyd edək ki, "Leypziq" Antonio Nusanı 2024-cü ilin yayında "Brügge"dən 21 milyon avroya transfer edib. O, cari mövsümdə Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 13 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.