Bakı. Trend:
"Barselona" müqaviləsi mövsümün sonunda başa çatan Erik Qarsiyanı komandada saxlayacaq.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
La Liqa nəhəngi ispaniyalı mərkəz müdafiəçisi ilə yeni sözləşmə imzalayacaq.
Artıq Qarsiya ilə razılıq əldə olunub. 24 yaşlı futbolçu ilə yaxın günlərdə 5 illik yeni müqavilə imzalanacaq.
Qeyd edək ki, Erik Qarsiya "Barselona"nın yetirməsidir.