Bakı. Trend:
Futbol üzrə Belarus milli komandasının baş məşqçisi Karlos Alos istefaya göndərilib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.
Tərəflərin qarşılıqlı razılıq əsasında müqaviləni ləğv etdiyi bildirilib.
Qeyd edək ki, İspaniyalı mütəxəssis 2023-cü ilin yayından Belarus millisini çalışdırırdı. Onun rəhbərliyi altında komanda 26 oyun keçirib, 6 qələbə qazanıb, 10 dəfə məğlubiyyətlə üzləşib və 10 oyunda heç-heçə edib.