...

DÇ-2026: dünya çempionatının püşkatma mərasimi keçiriləcək

İdman Materials 5 Dekabr 2025 09:09 (UTC +04:00)
DÇ-2026: dünya çempionatının püşkatma mərasimi keçiriləcək

Bakı. Trend:

Bu gün 2026-cı ildə ABŞ, Kanada və Meksikada təşkil olunacaq dünya çempionatının püşkatma mərasimi keçiriləcək.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, mərasim ABŞ-nin paytaxtı Vaşinqtondakı "Kennedi Senter"də olacq. Tədbir Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

DÇ-2026-da tarixdə ilk dəfə 48 komanda mübarizə aparacaq. Püşkatmanın səbətləri aşağıdakılardır:

1-ci səbət: Kanada, Meksika, ABŞ, İspaniya, Argentina, Fransa, İngiltərə, Braziliya, Portuqaliya, Niderland, Belçika, Almaniya

2-ci səbət: Xorvatiya, Mərakeş, Kolumbiya, Uruqvay, İsveçrə, Yaponiya, Seneqal, İran, Koreya Respublikası, Ekvador, Avstriya, Avstraliya.

3-cü səbət: Norveç, Panama, Misir, Əlcəzair, Şotlandiya, Paraqvay, Tunis, Fil Dişi Sahili, Özbəkistan, Qətər, Səudiyyə Ərəbistanı, Cənubi Afrika.

4-cü səbət: İordaniya, Kabо-Verde, Qana, Kurasaо, Haiti, Yeni Zelandiya, Avropa pley-off oyunlarının qalibləri (4 komanda) və FİFA pley-off qalibləri (2 komanda).

Qeyd edək ki, 2026-cı il dünya çempionatı 11 iyun – 19 iyul tarixlərində keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti