Bakı. Trend:
Yuri Nikolayeviç Vernidub “Neftçi” futbol klubu ilə müqavilə bağlamaq məqsədilə Bakıya gəlib.
Bu barədə Trend-ə "Neftçi"nin mətbuat xidmətində olan mənbə məlumat verib.
59 yaşlı məşqçinin köməkçilərindən birinin oğlu Vitaliy Vernidubun da komandaya qoşulacağı bildirilir.
Təcrübəli mütəxəssis karyerası ərzində vətənində “Metallurq”, “Zarya”, “Krivbass”, Belarusda “Şaxtyor” və Moldovada “Şerif”in baş məşqçisi olub.
Vernidub son üç ili ölkəsində “Krivbass”ın baş məşqçisi kimi keçirib və karyerasının ən böyük uğurunu 2020-2022-ci illərdə əldə edib.
O, “Şerif”i Çempionlar Liqasının əsas mərhələsinə çıxarmağı bacarıb; Moldova komandası həmin vaxt “Real”ı məğlub etməklə bütün Avropada diqqət mərkəzinə düşüb.
