...

“Araz-Naxçıvan” Çempionlar Liqasında mübarizəni dayandırıb

İdman Materials 6 Dekabr 2025 04:31 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Araz-Naxçıvan” futzal üzrə Çempionlar Liqasının 1/8 final mərhələsində Portuqaliyanın “Benfika” komandası ilə cavab görüşünə çıxıb.

Trend xəbər verir ki, Lissabonda, “Pavilyao Fidelidade” arenasında keçirilən oyun Naxçıvan təmsilçisinin 2:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

“Benfika”nın qollarını İqor de Souza (9:24), Andre Koelho (28:57) və Anilton Silva (34:28, 35:40) vurub. “Araz-Naxçıvan”ın heyətində isə Luicci Lonqo (35:52) və Ədalət Ələkbərov (39:40) fərqləniblər.

Matçı Serbiyadan olan hakimlər briqadası idarə edib.

Xatırladaq ki, Bakıda keçirilən ilk görüşdə “Benfika” 9:0 hesabı ilə qalib gəlmişdi.

Xəbər lenti

Xəbər lenti