...

"Mançester Yunayted"də ciddi itki baş verib

İdman Materials 27 Yanvar 2026 16:06 (UTC +04:00)
"Mançester Yunayted"də ciddi itki baş verib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İngiltərənin "Mançester Yunayted" klubunun heyətində ciddi itki baş verib.

Trend xəbər verir ki, "qırmızı şeytanlar"ın müdafiəçisi Patrik Dorqu sıradan çıxıb.

Danimarkalı futbolçu Premyer Liqanın 23-cü turunun "Arsenal"la matçında (3:2) bud əzələsindən zədə alıb. 21 yaşlı sol cinah müdafiəçisi təxminən 10 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, "Mançester Yunayted" Patrik Dorqunu 2025-ci ilin fevralında "Leççe"dən 30 milyon avroya transfer edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti