...

"Real"ın istədiyi futbolçu Səudiyyə Ərəbistanında qalacaq

İdman Materials 29 Yanvar 2026 20:39 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Real" və "Mançester Yunayted"in transfer siyahısında yer alan Ruben Neveş gələcəyi ilə bağlı qərarını verib.

Trend xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi Səudiyyə Ərəbistanı klubunda qalacaq.

Portuqaliya millisinin üzvü klubla 3 illik yeni müqavilə imzalayacaq.

Qeyd edək ki, "Əl-Hilal" Ruben Neveşi 2023-cü ilin yayında "Vulverhempton"dan 55 milyon avroya transfer edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti