...

"Real Madrid" son saniyə penalti ilə "Rayo Valyekano"nu məğlub etdi

İdman Materials 1 Fevral 2026 20:03 (UTC +04:00)
"Real Madrid" son saniyə penalti ilə "Rayo Valyekano"nu məğlub etdi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İspaniya La Liqasının 22-ci həftəsində "Real Madrid" evdə "Rayo Valyekano"nu 2:1 hesabı ilə yenib.

Trend xəbər verir ki, Santyaqo Bernabeu stadionunda keçirilən matçda "ağ-bənövşəyi"lilərə qələbəni gətirən qolları 15-ci dəqiqədə Vinisius Junior və 90+10-cu dəqiqədə penaltidən Kilian Mbappe vurub.

Qonaq komandanın yeganə qolunu 49-cu dəqiqədə Xorxe De Frutos qeydə alıb.

"Real Madrid"də Türkiyə millisinin futbolçusu Arda Güler matça start heyətində başlayıb və 77 dəqiqə meydanda olub.

Bu nəticədən sonra "Real Madrid" xallarını 54-ə çatdırıb və liqa lideri "Barselona"dan bir xal az olmaqla, ikinci pillədə qərarlaşıb. "Rayo Valyekano" isə 22 xalla 16-cı yerdədir.

Xəbər lenti

Xəbər lenti