...

"AmCham" Azərbaycanda "ABAD" mərkəzlərinin yaradılmasını alqışlayır

İqtisadiyyat Materials 29 Sentyabr 2016 11:01 (UTC +04:00)
Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham”) Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” (Ailə Biznesinə Asan Dəstək mərkəzləri) publik hüquqi şəxsin yaradılmasını alqışlayır.
"AmCham" Azərbaycanda "ABAD" mərkəzlərinin yaradılmasını alqışlayır

Bakı. Trend:

Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham”) Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” (Ailə Biznesinə Asan Dəstək mərkəzləri) publik hüquqi şəxsin yaradılmasını alqışlayır.

Bu barədə Trend-ə AmCham-dan bildirilib.

Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı fərmana əsasən yaradılacaq “ABAD”ın əsas məqsədi kiçik və orta sahibkarlığı dəstəkləyən layihələri həyata keçirmək və bu layihələri maliyyələşdirməsi məqsədilə fondun yaradılması, hədəf auditoriyasının müəyyənləşdirilməsi və təsərrüfat məhsullarının istehsalı üçün müasir texnoloji istehsal avadanlıqlarından istifadə edilməsinə şərait yaradılması, biznes-planların hazırlanması, müxtəlif funksional xidmətlərin göstərilməsi, istehsal olunan məhsulun sertifikatlaşdırılmasının sadələşdirilmiş qaydada “bir pəncərə” prinsipi əsasında təşkili, logistika məsələlərinin həlli, təcrübənin paylaşılması, istehsalyönümlü sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı digər tədbirlərin təşkilidir.

“İlk növbədə, bu sərəncam xüsusən Azərbaycanın ucqar yerlərində kənd təsərrüfatı və digər sahələrin sonrakı inkişafı üçün əsas olacaq. Bu iqtisadi diversifikasiya və daha yüksək müqayisəli üstünlüklə müxtəlif malların ixracında da təsirsiz ötüşməyəcək. Bundan başqa, regionlarda insanların sosial-iqtisadi rifahı yaxşılaşacaq. Güclənmiş logistika, bazara və biznes funksiyalarına çıxışdan gələn maliyyə axını biznes zəncirinə əlavə dəyər qatacaq. Son olaraq, hüquqi məsələlər haqqında az məlumat və biliyi olanlar “bir pəncərə” prinsipindən yararlana biləcəklər”, - deyə Azərbaycanda “AmCham”ın icraçı direktoru Natəvan Məmmədova qeyd edib.

Ümumilikdə, fərman vətəndaşların ölkənin sosial-iqtisadi inkişafında aktiv iştirakını təmin edəcək, regionlarda sahibkarlığı inkişaf etdirəcək və müxtəlif xidmət və maliyyə resurslarına çıxışı olan rəqabətqabiliyyətli ailə biznesləri yaradacaq.

“AmCham” haqqında:
1996-cı ildən Azərbaycanda fəaliyyət göstərən "AmCham" 270-dən çox üzvdən ibarətdir və ölkədə xarici investisiyaların 80%-ni, eləcə də yerli investisiyalarının əhəmiyyətli hissəsini təmsil edir və hazırda dövlət və özəl sektor arasında körpü rolunu oynayaraq aidiyatı dövlət qurumları ilə davamlı konstruktiv və nəticə-əsaslı dialoqlar aparır. Palata üzv şirkətlərin biznes maraqlarını təşviq edir və Azərbaycanın biznes iqliminin inkişafında xüsusi rol oynayır. 12 aprel 2016-cı il tarixində “AmCham”ın nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşmüş və ölkədə biznes təcrübələrinin inkişafına dair növbəti addımları müzakirə etmək şansı əldə etmişdir. “Amcham” Azərbaycan höküməti ilə işləməyə davam edəcək və bu təşəbbüsü sahib olduğu bütün bilik və təcrübə ilə dəstəkləməyə hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti