...

Azərbaycan və Hollandiya arasında kənd təsərrüfatına dair anlaşma memorandumu imzalanıb (FOTO)

İqtisadiyyat Materials 12 Oktyabr 2016 18:23 (UTC +04:00)
Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası (AMTA) və Azərbaycan – Hollandiya İşgüzar Mərkəz (Business Hub) arasında 11 oktyabr 2016 tarixində anlaşma memorandumu imzalanıb.
Azərbaycan və Hollandiya arasında kənd təsərrüfatına dair anlaşma memorandumu imzalanıb (FOTO)

Bakı. Trend:

Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası (AMTA) və Azərbaycan-Hollandiya İşgüzar Mərkəz (Business Hub) arasında 11 oktyabrda anlaşma memorandumu imzalanıb.

Assosiasiyadan Trend-ə verilən məlumata görə, memorandumun məqsədi elmi əsaslara dayanan ölkədə aqrar sektorun inkişafı, birgə layihələr və proqramların həyata keçirilməsidir. Bu əməkdaşlıq çərçivəsində aşağıdakı istiqamətlər üzrə işlərin görülməsi planlaşdırılır:

-Hollandiyanın qabaqcıl aqrar inkişaf modellərinin öyrənilməsi və Azərbaycanda tətbiqi istiqamətlərinin araşdırılması

-Azərbaycan və Hollandiya işgüzar və sahibkarlararası əlaqələrin genişləndirilməsi və Azərbaycana investisiyaların cəlb olunması

-Hollandiyanın kənd təsərrüfatının inkişafında kooperativ model təcrübəsinin öyrənilməsi və Azərbaycanda analoji ilk korporativin yaradılması

Tədbirdə sözü gedən təşkilatların rəhbərlikləri ilə yanaşı Hollandiyanın səfiri Onno Kervers, İqtisadiyyat Nazirliyi, Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) və meyvə-tərəvəz sektorundan qabaqcıl istehsalçılar iştirak edib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan-Hollandiya İşgüzar Mərkəzin (Business Hub)-ın ölkə koordinatoru Tariyel Mirzoyev tədbir iştirakçılarını salamlayaraq, qonaqlara mərkəzin yaranması və məqsədləri haqqında qısa məlumat verib. O, AMTA ilə bağlanacaq bu anlaşma memorandumun ölkənin aqrar sektorunun inkişafına öz töhfəsini verəcəyini qeyd edib.

Daha sonra Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası (AMTA)-nın sədri Bəşir Quliyev çıxışında bildirib ki, ölkədə son illər aparılan uğurlu məqsədyönlü aqrar siyasətdən danışaraq bu islahatların yerli məhsul istehsalçısı və ixracatçılara əlavə bir güc və həvəs yaradıb. B.Quliyev bu təşəbbüsün yaranma səbəblərini açıqlayaraq Hollandiyanın tətbiq etdiyi dünyaca məşhur aqrar inkişaf modeli ilə yaxından tanış olduğunu bildirib, hal-hazırda Azərbaycan kənd təsərrüfatı sektoru üçün bunun əhəmiyyətdən danışıb. Məhz bu kimi təcrübələrin yerli meyvə-tərəvəz sektorunun istehsal və ixrac potensialının daha da artmasına gətirib çıxaracağını bildirib.

Hollandiyanın Azərbaycandakı səfiri Onno Kervers tədbirə dəvətə görə təşəkkür edərək bildirib ki, memorandum artıq real və praktiki işgüzar əlaqələr üçün yaxşı nümunədir.

O.Kervers qonaqlara Kənd Təsərrüfatı naziri H.Əsədovun 2 həftə sonra Hollandiyaya gözlənilən səfərinin və bu anlaşma memorandumunun ölkələrimiz arasında işgüzar mühitin genişlənməsinə müsbət töhfə verəcəyinə inandığını da vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti