...

Azərbaycanda sərnişin daşımaları artıb

İqtisadiyyat Materials 27 Oktyabr 2016 07:50 (UTC +04:00)
2016-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın nəqliyyat sektoru ilə 1,23 milyard sərnişin daşınmışdır ki, bu da 2015-ci ilin analoji dövrünə nisbətən 1,9 faiz çoxdur
Azərbaycanda sərnişin daşımaları artıb

Bakı. Maksim Tsurkov – Trend:

2016-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın nəqliyyat sektoru ilə 1,23 milyard sərnişin daşınıb ki, bu da 2015-ci ilin analoji dövrünə nisbətən 1,9 faiz çoxdur. Bu barədə Trend Dövlət Statistika Komitəsinin hesabatına istinadən məlumat verir.

Həmin dövrdə ölkənin nəqliyyat sektoru ilə 147 milyon ton yük daşınıb ki, bu da 2015-ci il yanvar-sentyabr aylarının göstəricisindən 1,2 faiz azdır.

İl ərzində qeyri-neft yük daşımalarının həcmi 1,9 faiz artıb və 109,4 milyon ton təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti