...

Dairəvi yolda 1250 metr yeni dəmir yolu qoyulur (FOTO)

İqtisadiyyat Materials 30 Noyabr 2016 13:30 (UTC +04:00)
Bakı sərnişin-Pirşağı-Sumqayıt istiqamətində 29.2 km uzunluğunda dairəvi dəmir yolu təmir olunur.
Dairəvi yolda 1250 metr yeni dəmir yolu qoyulur (FOTO)

Bakı. Trend:

Azərbaycan Dəmir Yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsi sürətlə davam edir. Bakı sərnişin-Pirşağı-Sumqayıt istiqamətində 29.2 km uzunluğunda dairəvi dəmir yolu təmir olunur.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Nadir Əzməmmədovun Trend-ə verdiyi məlumata görə, bu gün Nərimanov-Böyükşor mənzilində daha 1250 metr yolun qoyuluşuna başlanılıb. Yolun qoyuluşu iki gün davam edəcək.

Əsaslı təmir işlərini “Dəmiryolservis” MMC-nin 1 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsinin kollektivi həyata keçirir. İşlər mərhələ-mərhələ aparılır.

Qeyd edək ki, dairəvi dəmir yolunun əsaslı təmirinə noyabr ayının 8-də start verilib. Əvvəlcə Nərimanov-Böyükşor mənzilində 2.2 km uzunluğunda olan hissənin torpaq yatağı işlənib, sonra yolun qoyuluşuna başlanılıb. Atrıq 1800 metr uzunluğunda yol qoyulub.

Dairəvi dəmir yolunun qoyuluşu başa çatandan sonra Bakı və Bakı ətrafı qəsəbə və kəndlərin əhalisinin, dəmir yolundan istifadə etməklə, nəqliyyat problemi, qismən də olsa, aradan qaldırılacaq. Bakı, 8-ci km qəsəbəsi, Sabunçu, Zabrat, Pirşağı, Kürdəxanı, Goradil, Saray və Sumqayıt əhalisi elektrik qatarlarının xidmətindən istifadə edərək, mənzil başına rahat və təhlükəsiz şəraitdə çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti