...

"Excelsior Hotel & Spa Baku" otelində turizmlə bağlı təlim keçirilib (FOTO)

İqtisadiyyat Materials 9 Dekabr 2016 09:50 (UTC +04:00)
“Excelsior Hotel & Spa Baku” otelində turizm sahəsində təhsili alan tələbələr üçün təlim keçirilib.
"Excelsior Hotel & Spa Baku" otelində turizmlə bağlı təlim keçirilib (FOTO)

Bakı. Trend:

“Excelsior Hotel & Spa Baku” otelində turizm sahəsində təhsili alan tələbələr üçün təlim keçirilib.

“Excelsior Hotel & Spa Baku” oteli KSM çərçivəsində turizm fakültələrində təhsil alan tələbələr üçün növbəti təlim keçirib. Təlimdə Azərbaycan Turizm və Menecment Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin turizm fakültələrində təhsil alan tələbələr iştirak ediblər.

“AtaHolding” Korporativ Kommunikasiyalar şöbəsinin rəisi Dilarə Zamanova tələbləri salamlayıb və tədbirin proqramı haqqında məlumat verib. Təlimdə Bakı Slavyan Universitetinin jurnalistika kafedrasının müdiri Şəlalə Həsənova biznesdə işgüzar reputasiyanın əhəmiyyəti, imicin formalaşması xüsusiyyətlərindən və turizm sahəsində reputasiya kapitalının idarə edilməsindən danışıb.

Azərbaycan Turizm və Menecment Universitetinin müəllimi və DAİR Otellər və Restoranlar Assosiasiyasının üzvü Dinara Ağəliyeva turizm xidmətləri sahəsində qida sektorunun fəaliyyət xüsusiyyətləri və yerləşdirmə sektoru mövzusunda çıxış edib. “Excelsior Hotel & Spa Baku” otelinin HR meneceri Kamran Rzayev turizm sahəsində işə düzəlmək istəyən tələbələrə CV-lərin tərtib edilməsi və müsahibələrdə düzgün taktikası, işgüzar söhbətlərin aparılması bacarığı barədə ətraflı təqdimat edib.

“Excelsior Hotel & Spa Baku” otelinin baş meneceri Turhan Poyraz tədbir barədə qeyd edib ki, Azərbaycan iqtisadiyyatının daha dinamik inkişaf etməkdə olan turizm sahəsində ixtisaslı mütəxəsislərin hazırlanmasında “Excelsior Hotel & Spa Baku” oteli müxtəlif proqramlarla iştirak edir. Hər il Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri otelin müxtəlif departamentlərində 3 və 6 ay müddətində təcrübə keçirlər. Otel bu cür təlimlər keçirib, tələbələri hazırlamaqla ölkə iqtisadiyyatının turizm sektorunda kadr potensialının inkişafına kömək edir. Təlim və təcrübə proqramının məqsədi tələbələrə turizm biznesində praktiki bacarıq və tövsiyələrin aşılanmasıdır.

“AtaHolding” Korporativ kommunikasiyalar şöbəsinin rəisi D.Zamanova turizm sahəsində PR-fəaliyyətin əsas istiqamətləri mövzusunda çıxış edib. İctimai rəyin yaranması, məqsədli auditoriyalar, eləcə də geniş əhali kütləsi tərəfindən turizm strukturunun fəaliyyətinə xoş münasibətlərin necə formalaşması haqqında ətraflı məlumat verib. Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb. Təlim AtaHoldingin facebook səhifəsində canlı yayımlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti