...

Azərbaycan və Qətər mülki aviasiya sahəsində əməkdaşlığı genişləndirir

İqtisadiyyat Materials 13 Dekabr 2016 17:46 (UTC +04:00)
Bu gün "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov Qətər Mülki Aviasiya Administrasiyasının sədri Abdulla Nasser Turki Al-Subayın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan və Qətər mülki aviasiya sahəsində əməkdaşlığı genişləndirir

Bakı. Trend:

Bu gün "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov Qətər Mülki Aviasiya Administrasiyasının sədri Abdulla Nasser Turki Al-Subayın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Qurumun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, C.Əsgərov bildirib ki, Azərbaycanla Qətər arasında, həmçinin AZAL və "Qatar Airways" aviaşirkətləri arasında tarixən isti münasibətlər olub. Onun sözlərinə görə, həm sərnişindaşıma, həm də yük aviadaşımaları sahəsində tərəfdaşlığın genişləndirilməsi üçün heç bir maneə mövcud deyil.

Abdulla Nasser Turki Al-Subay öz növbəsində qeyd edib ki, ilk dəfədir ki, Bakıda səfərdədir və Azərbaycanın paytaxtı onda çox böyük təəssürat yaradıb. O qeyd edib ki, səfərinin məqsədi Azərbaycan və Qətər arasında mülki aviasiya sahəsində gələcək əməkdaşlığın müzakirə edilməsidir.

Tərəflər mülki aviasiya sahəsində əməkdaşlığın Azərbaycan və Qətər arasında münasibətlərin intensivləşdirilməsinə və hərtərəfli inkişafına xidmət edəcəyinə əmin olduqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti