...

“Milli Nüvə Tədqiqatlar Mərkəzi” QSC-nin səhmləri qeydiyyata alınıb

İqtisadiyyat Materials 16 Dekabr 2016 16:59 (UTC +04:00)
Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Milli Nüvə Tədqiqatlar Mərkəzi” QSC-nin səhmlərin ilkin buraxılışı qeydiyyatına alınıb.
“Milli Nüvə Tədqiqatlar Mərkəzi” QSC-nin səhmləri qeydiyyata alınıb

Bakı. Trend:

Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Milli Nüvə Tədqiqatlar Mərkəzi” QSC-nin hər birinin nominal dəyəri 10 (on) manat olan 300 000 (üç yüz min) ədəd adi səhmlərin ilkin buraxılışı AZ1001019988 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.

Bu barədə Trend-ə Palatadan məlumat verilib.

Səhmlər qapalı yerləşdirmə üsulu ilə yerləşdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti