...

Acarıstan ilə Azərbaycan arasında turizm sahəsində əməkdaşlıq müzakirə olunub (FOTO)

İqtisadiyyat Materials 16 Yanvar 2017 18:59 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanın Batumi şəhərindəki baş konsulu Rəşad İsmayılov bu gün Acarıstan Muxtar Respublikasının Turizm Departamentinin yeni təyin olunmuş sədri Surxan Glonti ilə görüşüb.

Baş konsulluqdan Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan və onun regionları ilə Gürcüstan, eləcə də, Acarıstan MR arasında iqtisadi, siyasi, turizm əlaqələrinin inkişafı, qarşılıqlı maraq doğuran digər məsələlər geniş müzakirə olunub.

R.İsmayılov Azərbaycan Prezidenti İlham Əliyevin “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması” haqqında Fərmanına barədə qarşı tərəfə geniş məlumat verib.

Azərbaycanın mövcud turizm potensialının beynəlxalq aləmdə tanınması, turistlərin ölkəmizə çoxsaylı səfərlərinin təşkili, turizmin müxtəlif sahələrinin inkişaf etdirilməsi istiqamətində görülən işlər barəsində fikir mübadiləsi aparılıb.

İki ölkə arasında mədəni əlaqələrin inkişafına toxunan Baş konsul, Tbilisidə və Batumidə "Əli və Nino" bədii filminin gürcü dilində versiyasının premyerasından söz acıb, bu əlaqələrin gürcü və Azərbaycan xalqlarının qədim dostluğunu tərənnüm edən tarix olduğunu bildirib.

Acarıstan Muxtar Respublikasının Turizm Departamentinin sədri Surxan Glonti də dost ölkə ilə əməkdaşlığın inkişafında maraqlı olduğunu, turizm sahəsində münasibətlərin inkişafı üçün qarşılıqlı əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti