...

"AtaBank" müştərilərini Dubay Şoppinq festivalına dəvət edir

İqtisadiyyat Materials 10 Fevral 2017 13:54 (UTC +04:00)

Bakı. Trend:

“AtaBank” ASC öz müştərilərini Dubaydakı Şoppinq festivalına dəvət edir.

Bankdan Trend-ə verilən məlumata görə, kampaniya çərçivəsində “AtaBank”ın Visa kartlarının sahibləri restoran, mehmanxana və ya geyim mağazalarında bir çox xüsusi təklif və endirimlərdən istifadə etmək imkanına malik olacaqlar.

Aksiya 28 yanvar 2017-ci il tarixinədək qüvvədədir.

Xüsusi olaraq öz müştərilərinin rahatlığı üçün Visa “Explore” mobil proqramını hazırlanıb. “AtaBank” – ın müştəriləri alış-veriş və əyləncədən maksimum zövq ala bilərlər. Visa Explore sayəsində internetdə bir şey axtarmaq üçün onlarla səhifə yükləməyə ehtiyac yoxdur – bütün əlverişli təklif və endirimlər artıq əlinizin altındadır.

Qeyd edək ki, 2004-cü ildən “AtaBank” VISA International Beynalxalq ödəniş sistemi assosiasiyasının üzvüdür. 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" ASC yüksək texnologiyalı universal bank olmaqdadır. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

"AtaBank" xidmət və məhsulları haqqında daha ətraflı öyrənmək istəyən şəxslər www.atabank.com saytını və ya sosial şəbəkədə Bankın səhifəsini ziyarət edə bilərlər - https://www.facebook.com/atabank.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti