...

İtaliyalı iş adamları gəmiçilik sahəsində Azərbaycanla əməkdaşlıq edəcəklər (FOTO)

İqtisadiyyat Materials 24 Fevral 2017 20:35 (UTC +04:00)

Bakı. Trend:

Bakıda səfərdə olan italiyalı iş adamlarının bir qrupu “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyevlə görüşüblər.

Qurumdan Trend-ə verilən məlumata görə, İtaliya - Azərbaycan Ticarət Palatasının prezidenti Manuela Traldi, “İCOG - Azərbaycan” şirkətinin baş direktoru Canluka Fatone və “Castalia” şirkətinin biznesin inkişafı üzrə meneceri Alessandro Vettori ilə görüşdə qonaqlara ölkəmizdə uğurla həyata keçirilən layihələr haqqında məlumat verilib.

R.Vəliyev QSC-nin fəaliyyəti, beynəlxalq səviyyəli təsnifat cəmiyyətləri ilə əməkdaşlığı, eyni zamanda rəhbərlik etdiyi qurumun qısa müddətdə qazandığı uğurlardan söz açıb.

Bölgədə potensial və güclü tərəfdaş axtarışında olduqlarını deyən “Castalia” şirkətinin nümayəndəsi Alessandro Vettori qurumun əsas hədəflərini açıqlayıb. Dənizdə ətraf mühitin mühafizəsi, İMO standartlarına uyğun təlimlərin keçirilməsi və dənizçiliklə bağlı digər xidmətlər təklif edən şirkət rəsmisi Azərbaycanda da fəaliyyət göstərəcəklərini bildirib. Qonaq təmsil etdiyi şirkətin donanmasına məxsus 36 gəminin hazırda Aralıq dənizi sularında üzdüyünü də diqqətə çatdırıb.

İşgüzar mühitdə keçən görüşdə təklif olunan xidmətlər üzrə danışıqlar gələcəkdə də davam etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti