...

“Carlsberg Azerbaijan” şirkəti yeni brendlərin satışına başlayır

İqtisadiyyat Materials 7 Mart 2017 17:22 (UTC +04:00)
Aprelin 4-dən “Carlsberg Azerbaijan” şirkəti “Kvas Taras”, “Xırdalan Export” və “Kuler” kimi bir sıra yeni brendlərin istehsalı və satışı ilə öz istehlakçılarını sevindirəcək.
“Carlsberg Azerbaijan” şirkəti yeni brendlərin satışına başlayır

Trend-i buradan izləyin

Bakı. Trend:

Aprelin 4-dən “Carlsberg Azerbaijan” şirkəti “Kvas Taras”, “Xırdalan Export” və “Kuler” kimi bir sıra yeni brendlərin istehsalı və satışı ilə öz istehlakçılarını sevindirəcək.

İçkilərin qablaşdırma formatı, həcm və qiymətləri aşağıda qeyd olunub:

Məhsulun adı

Tara

Həcmi, litr

Qiymət, AZN (ƏDV və aksiz daxil)

1

Kvas Taras

PET

1,0

1.3026

2

Xırdalan Export

ş/b

0,44

1.0757

3

Kuler

keg

30

68.00

“Kvas Taras”, susuzluğu mükəmməl yatıraraq və tonik təsir edərək ənənəvi olaraq təbii komponentlərdən hazırlanır: çovdar və arpa səmənisi, arpa, saf və təmiz su, maya. Tərkibində B qrupu vitaminləri və faydalı mikroelementlər olan “Kvas Taras” müstəsna dad və orqanizmə faydasını özündə cəmləşdirərək istehlakçılar üçün bu içkini ikiqat cəzbedici edir.

Az alkoqollu (3,6%) “Xırdalan Export” saf və təmiz su, arpa səmənisi, arpa və maya otu kimi yüksək keyfiyyətli inqrediyentlərdən hazırlanmışdır. Bu içkinin unikallığı sevimli pivə brendinin dadı və istehlakçıların layiqincə qiymətləndirəcəyi həfifliyin uğurlu kombinasiyasından ibarətdir.
Sərinləşdirici dadı və yumşaqlığı sayəsində populyarlıq əldə edən “Kuler” artıq istehlakçılarımıza çəllək pivəsi formatında təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti