...

"Japan Tobacco International" Azərbaycanda yeddinci su təchizatı layihəsinı həyata keçirib

İqtisadiyyat Materials 17 Mart 2017 17:40 (UTC +04:00)
"Japan Tobacco International" (JTI) şirkətinin Azərbaycandakı nümayəndəliyi ölkədə əhalinin içməli su ilə təminatı sahəsində daha bir layihə həyata keçirib.
"Japan Tobacco International" Azərbaycanda yeddinci su təchizatı layihəsinı həyata keçirib

Bakı. Trend:

"Japan Tobacco International" (JTI) şirkətinin Azərbaycandakı nümayəndəliyi ölkədə əhalinin içməli su ilə təminatı sahəsində daha bir layihə həyata keçirib.

Şirkətdən Trend-ə verilən məlumata görə, sayca yeddinci olan layihə Salyan rayonunun Kərimbəyli kəndində Mili Qeyri-Hökumət Təşkilatları Forumu(MQF) və Salyan rayon icra hakimiyyəti ilə birlikdə həyata keçirilib.

Açılış mərasimində çıxış edən Salyan rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov və MGQ-nin Prezidenti Rauf Zeyni layihənin icrasında maliyyə dəstəyi göstərdiyinə görə JTI şirkətinə öz minnətdarlığını bildiriblər.

Daha sonra çıxış edən JTI şirkətinin Azərbaycandakı nümayəndəliyinin meneceri Əli Verdiyev JTI şirkətinin ölkədə həyata keçirdiyi Korporativ Sosial Məsuliyyət layihələrindən danışaraq, əhalinin içməli su ilə təminatına dəstək göstərilməsini şirkətin fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi xarakterizə edib. Daha sonra su təchizatı qurğusu yerli əhalinin istifadəsinə verilib.

Əhalisinin sayı 3000-ə yaxın olan Kərimbəyli qəsəbəsində içməli su layihəsi MQF tərəfindən icra edilib. Təxminən üç ay davam edən işlər nəticəsində sub-artezian quyusu qazılıb, müvafiq borular və bir neçə tonluq çən quraşdırılıb. İndiyədək JTI şirkətinin maliyyə dəstəyi ilə Şəki, Kürdəmir, Balakən, Lerik, Yardımlı və Şamaxı rayonlarında da su təminatı layihələri həyata keçirilib. Bu layihələrin icrası nəticəsində 20,000 çox adam təmiz içməli su ilə təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti