...

Bayram günlərində istehlakçılar fasiləsiz elektrik enerjisi ilə təmin olunublar (FOTO)

İqtisadiyyat Materials 27 Mart 2017 09:37 (UTC +04:00)
“Azərişıq” ASC Novruz Bayramı günlərində ehtiyat tədbirlərini gücləndirərək istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi təchizatını tam təmin edib.
Bayram günlərində istehlakçılar fasiləsiz elektrik enerjisi ilə təmin olunublar (FOTO)

Bakı. Trend:

“Azərişıq” ASC Novruz Bayramı günlərində ehtiyat tədbirlərini gücləndirərək istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi təchizatını tam təmin edib.

Qurumdan Trend-ə verilən məlumata görə, ASC-nin Mərkəzi Aparatı və Regional Enerji Təchizatı və Satışı İdarələri (RETSİ) üzrə məsul vəzifəli şəxslərdən ibarət növbətçilik təşkil edilib. Qeyri iş günləri bayram tədbirlərinin keçirildiyi yerlər fasiləsiz elektrik enerjisi ilə təchiz olunub, baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının dərhal alınması hazırlığı yüksək səviyyədə həyata keçirilib. Qərb və Şimal Qərb Regionlarında güclü küləklər zamanı ASC əməkdaşlarının yüksək səyləri nəticəsində istehlakşıların elektrik enerjisi təchizatında fasilələr yaranmayıb, baş verən qəzalar operativ aradan qaldırılıb.

“2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına” və “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına” dair dövlət proqramlarının icrası məqsədi ilə təcili şəkildə istehlakçıların keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün “Azərişıq” ASC tərəfindən 2015- 2016-cı ildə iri miqyaslı layihələr həyata keçirilərək, 69 yarımstansiya tikilib və ya əsaslı şəkildə yenidən qurulub.

“Azərişıq” ASC fəaliyyətə başladığı 2 il müddətində ümumilikdə 16 ədəd 110 kV-luq, 53 ədəd 35 kV-luq yarımstansiya tikilib və əsaslı şəkildə yenidən qurularaq, müasir tipli avadanlıqlarla təchiz olunub. Paralel olaraq 78 ədəd 110 kV-luq, 336 ədəd 35 kV-luq və 7.746 ədəd 10-6 kV-luq transformator məntəqələrinin təmir işləri aparılıb, 2.300 ədəd komplekt transformator məntəqəsi (KTM) quraşdırılıb.

110/35/10 kV-luq “Buzovna-2” yarımstansiyası

Yeni Komplekt Transformator Məntəqələri

110/35/6 kV-luq “Daş Salahlı” yarımstansiyası

110/10 kV-luq “Rəhimli” yarımstansiyası

36/6 kV-luq “Nizami” yarımstansiyası

35/10 kV-luq “Daşkəsən” yarımstansiyası

35/10 kV-luq “Gədəbəy” yarımstansiyası

35/10 kv-luq “Qəbələ” yarımstansiyası

Məqalədə:
Xəbər lenti

Xəbər lenti