...

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" tender elan edib

İqtisadiyyat Materials 31 Mart 2017 10:33 (UTC +04:00)
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC sürtkü materiallarının (mühərrik yağları və s.) açıq müsabiqə üsulu ilə satınalınmasını elan edib.
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" tender elan edib

Bakı. Trend:

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC sürtkü materiallarının (mühərrik yağları və s.) açıq müsabiqə üsulu ilə satınalınmasını elan edib.

Bu barədə Trend-ə QSC-dən məlumat verilib.

Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədləri (açıq müsabiqə şərtləri) (qiymət təklifi istisna olmaqla) 13 aprel 2017-ci il saat 17.00-dək, qiymət təklifi isə möhürlənmiş ikiqat zərfdə 17 aprel 2017-ci il saat 17.00-dək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə (ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72) təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Zərflərin açılışı 18 aprel 2017-cı il saat 15.00-da yuxarıda qeyd olunan ünvanda açılacaqdır.

Müsabiqədə iştirak etmək istəyənlər 120 manat iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş açıq müsabiqə şərtlərini Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72 ünvandan ala bilərlər:

Təşkilatın adı: “Bakı Beynəlxalq Dəniz Dəniz Ticarət Limanı” QSC
Bank rekvizitləri: Kapital bank 1 saylı Səbail filialı
Kod: 200059
AZ37NABZ01350100000000001944
VÖEN: 9900003611
SWIFT: AIIBAZ2X
Beneficiary name: Bakı Dəniz Ticarət Limanı
Beneficiary account: AZ27AIIB33010019443500206105
VÖEN: 9900065281

Məqalədə:
Xəbər lenti

Xəbər lenti