...

Səfir: Bütün dünyadan daha çox turisti cəlb edən Şopinq Festivalını dəstəkləyirəm

İqtisadiyyat Materials 10 May 2017 12:49 (UTC +04:00)
Bakı Şopinq Festivalının keçirilməsi yolu ilə Xəzər Dənizinin mirvarisi olan bu paytaxt şəhərin cəlbediciliyini artırmaq üçün Azərbaycan hökumətinin təşəbbüsünü yüksək qiymətləndirirəm.
Səfir: Bütün dünyadan daha çox turisti cəlb edən Şopinq Festivalını dəstəkləyirəm

Bakı. Trend:

Bakı Şopinq Festivalının keçirilməsi yolu ilə Xəzər Dənizinin mirvarisi olan bu paytaxt şəhərin cəlbediciliyini artırmaq üçün Azərbaycan hökumətinin təşəbbüsünü yüksək qiymətləndirirəm.

Trend-in məlumatına görə, bunu www.bakushopfest.com saytına müsahibəsində İndoneziyanın Azərbaycandakı səfiri Husnan Bey Fananie deyib.

Diplomat bildirib ki, Bakının öz gözəlliyi var: "Mən daim Bakıdakı qeyri-ənənəvi müasir memarlıqla qədimliyin uyğunlaşdırılmasını sevirəm, bu şəhərin həmişə mənim qəlbimdə öz yeri var. Şübhəsiz, alış-veriş şənliyinin həyəcanı ilə əhatələnməklə yanaşı, Bakının gözəlliyini duymaq üçün mənim ölkəm, İndoneziyadan və bütün dünyadan daha çox turisti cəlb edən bu tədbiri dəstəkləyirəm. Ümid edirəm ki, bu tədbir hər bir istiqamətdə Bakı və onun əhalisinə daha müsbət atmosfer bəxş edəcək, həmçinin, insanlar burada dünya əhalisinin bir hissəsi olaraq birlik yarada biləcəklər”.

Qeyd edək ki, hər il təşkil ediləcək Bakı Şopinq Festivalı bu il aprelin 10-dan mayın 10-dək Azərbaycan paytaxtında keçirilir. Növbəti festivalın bu ilin oktyabrına keçirilməsi nəzərdə tutulub. Azərbaycan Prezidenti İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən, hər il keçiriləcək şopinq festivallarının təşkili Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Konqreslər Bürosuna həvalə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti