...

"Expressbank"dan hüquqi şəxs və fərdi sahibkarlara şad xəbər

İqtisadiyyat Materials 7 İyun 2017 13:14 (UTC +04:00)
"Expressbank" yalnız fərdi deyil, həm də korporativ müştərilərinə yüksək keyfiyyətli və sərfəli şərtlər əsasında bank xidmətləri təqdim edir.
"Expressbank"dan hüquqi şəxs və fərdi sahibkarlara şad xəbər

Trend-i buradan izləyin

Bakı. Trend:

"Expressbank" yalnız fərdi deyil, həm də korporativ müştərilərinə yüksək keyfiyyətli və sərfəli şərtlər əsasında bank xidmətləri təqdim edir.

Bankdan Trend-ə verilən məlumata görə, müştərilərinin istək və arzularına daim həssas yanaşan "Expressbank" yeni kampaniyası çərçivəsində hüquqi şəxslər və fərdi sahibkarlar 10-dan artıq bank xidməti üzrə misli görünməmiş xüsusi təkliflər təqdim edir:

Əmək haqqı layihələri - pulsuz.

Biznes kartların verilməsi - pulsuz

POS terminalların quraşdırılması - pulsuz

Valyutaların dəyişdirilməsi - pulsuz

Ölkədaxili köçürmələr - pulsuz

Bütün bunlardan əlavə 1 ay müddətində hesabdan nağd pulun çıxarılması, hesabın açılması, hesabdan çıxarış, POS-terminal üzrə hesabdan məxaric, əmək haqqı fondundan köçürmə kimi xidmətlər üzrə 0% bank komissiyası müştərilərə maddi resurslarından daha səmərəli istifadə və qənaət etməyə imkan verəcək.

Kampaniya üzrə tariflər 15.06.2017 tarixinədək keçərlidir. Kampaniya çərçivəsində kredit əldə etmiş hüquqi şəxslər və fərdi sahibkar da bir sıra xidmətlərdən pulsuz yararlana biləcəklər.

"Expressbank"ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS terminal və 500-dən artıq ExpressPay ödəniş terminalı var.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti