...

46 sığorta agentinin lisenziyası dayandırılıb

İqtisadiyyat Materials 12 İyun 2017 10:17 (UTC +04:00)
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının iclasında Sığorta Bazarına Nəzarət Departamentinin 46 nəfər fiziki şəxsin sığorta agenti fəaliyyətinə verilmiş lisenziyanın 3 ay müddətinə dayandırılması müraciətinə baxılaraq müsbət qərar qəbul edilib.
46 sığorta agentinin lisenziyası dayandırılıb

Bakı. Trend:

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının iclasında Sığorta Bazarına Nəzarət Departamentinin 46 nəfər fiziki şəxsin sığorta agenti fəaliyyətinə verilmiş lisenziyanın 3 ay müddətinə dayandırılması müraciətinə baxılaraq müsbət qərar qəbul edilib.

Bu barədə Trendə MBNP-dən məlumat verilib.

Lisenziyaların dayandırılmasına səbəb, sığorta agentlərinin “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 93.2-3-cü maddəsinin tələblərinə riayət etməyərək MBNP-yə rüblük hesabatları təqdim etməmələri olub.

İclasda həmçinin, iki fiziki şəxsin MBNP-yə müraciəti əsasında onların sığorta agenti fəaliyyətinə verilmiş lisenziyaları ləğv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti