...

Mərkəzi Bankın qısamüddətli notları qeydiyyata alınıb

İqtisadiyyat Materials 12 İyun 2017 14:31 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankının hər birinin nominal dəyəri 100 manat olan 1 000 000 ədəd dövlət qısamüddətli notlarının buraxılışı 50100157S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.
Mərkəzi Bankın qısamüddətli notları qeydiyyata alınıb

Bakı. Trend:

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən Azərbaycan Mərkəzi Bankının hər birinin nominal dəyəri 100 manat olan 1 000 000 ədəd dövlət qısamüddətli notlarının buraxılışı 50100157S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.

Palatadan Trend-ə verilən məlumata görə, sözügedən notların tədavül müddəti 28 gündür.

MBNP tərəfindən həmçinin, 26 may 2017-ci il tarixində Mərkəzi Bankın hər birinin nominal dəyəri 100 manat olan 5 000 000 ədəd dövlət qısamüddətli notlarının buraxılışı 57S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti