...

Cavid Qurbanov AHİK-in medalı ilə təltif olunub (FOTO)

İqtisadiyyat Materials 23 İyun 2017 16:00 (UTC +04:00)
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov AHİK-in medalı ilə təltif olunub
Cavid Qurbanov AHİK-in medalı ilə təltif olunub (FOTO)

Bakı. Trend:

Azərbaycanda dəmir yolu nəqliyyatının inkişafında qazanılan nailiyyətlərə və dəmiryolçuların sosial problemlərinin həllində göstərdiyi əvəzsiz xidmətlərə görə, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov MDB və Baltikyanı ölkələrin Ümumhəmkarlar İttifaqı Konfederasiyasının 25 illik gümüş xatirə nişanı ilə təltif olunub.

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, xatirə nişanı bu gün C.Qurbanova Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev tərəfindən təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti