...

“Azərsun” komandası Arena Polo üzrə Dünya Kubokunun gümüş medallarını qazanıb (FOTO)

İqtisadiyyat Materials 11 Sentyabr 2017 16:41 (UTC +04:00)
“Azərsun” komandası Arena Polo üzrə Dünya Kubokunun gümüş medallarını qazanıb.
“Azərsun” komandası Arena Polo üzrə Dünya Kubokunun gümüş medallarını qazanıb (FOTO)

Bakı. Trend:

Ölkəmizin qədim ənənələrinin dünyada təbliğ edilməsi istiqamətində reallaşdırılan layihələrdə yaxından iştirak edən “Azərsun Holdinq” Azərbaycanda təşkil edilən növbəti beynəlxalq tədbirə öz dəstəyini verib.

Şirkətdən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) və Beynəlxalq Polo Federasiyasının (BPF) birgə təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzində keçirilən Arena Polo üzrə Dünya Kubokuna dəstək verib.

4 beynəlxalq peşəkar komanda iştirak edib. Gərgin idman mübarizəsi şəraitində keçən yarışın final görüşündə CBC Sport və “Azərsun” komandaları üz-üzə gəlib. Həlledici görüşdə CBC Sport komanda “Azərsun”u məğlub edərək turnirin qalibi adına yiyələnib. Qeyd edək ki, ölkəmizin qida təhlükəsiziliyinin təmin edilməsi və yerli məhsulların dünya bazarlarına çıxarılmasında müstəsna rol oynayan “Azərsun Holdinq” Azərbaycan Respublikası Atçılıq Federasiyası ilə çox sıx əməkdaşlıq edir və daim bu qurum tərəfindən qədim çövkən oyunun vətəni olan ölkəmizdə reallaşdırılan layihələrə öz dəstəyini göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti