...

"Azər Türk Bank"dan "Gül kimi" zaminsiz kredit

İqtisadiyyat Materials 15 Sentyabr 2017 10:09 (UTC +04:00)
Dövlət bankı "Azər Türk Bank" yeni “Gül kimi” adlanan marketinq konsepsiyası çərçivəsində müştərilərinə növbəti müjdəsini verir.
"Azər Türk Bank"dan "Gül kimi" zaminsiz kredit

Bakı. Trend:

Dövlət bankı "Azər Türk Bank" yeni “Gül kimi” adlanan marketinq konsepsiyası çərçivəsində müştərilərinə növbəti müjdəsini verir.

Bankdan Trend-ə verilən məlumata görə, 14 sentyabr tarixindən başlayaraq Madame Coco və Dekoria mağazalarında alış-veriş edənlərə Bank millli valyutada, sərfəli faizlə, zaminsiz kredit təklif edir. Müştərinin arzusu ilə 3 aydan 2 ilədək müddətə "Azər Türk Bank"ın “Mərkəz” filialında rəsmiləşdiriləcək kreditin məbləği 300-5000 manat arası dəyişə bilər. Qeyd edək ki, rəsmi gəliri olan hər bir müştəri alacağı malın ödənişi üçün kredit əldə etmək istəyini mağaza menecerlərinə bildirməyi kifayətdir.

22 ildir fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.

Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti