...

"AzerGold" qızıl mədənində təcrübə keçmiş tələbələrə sertifikatlar təqdim edilib (FOTO)

İqtisadiyyat Materials 29 Sentyabr 2017 09:44 (UTC +04:00)
“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələrinə Çovdar filiz emalı sahəsində istehsalat təcrübəsini müvəfəqiyyətlə başa vurduqları üçün sertifikat təqdim edib.
"AzerGold" qızıl mədənində təcrübə keçmiş tələbələrə sertifikatlar təqdim edilib (FOTO)

Bakı. Trend:

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələrinə Çovdar filiz emalı sahəsində istehsalat təcrübəsini müvəfəqiyyətlə başa vurduqları üçün sertifikat təqdim edib.

QSC-dən Trend-ə verilən məlumata görə, Daşkəsən rayonunda yerləşən emal sahəsində öz ixtisasları üzrə bilik və təcrübə qazanan tələbələr Bakıda Cəmiyyətin baş ofisinə dəvət olunaraq təltif ediliblər.

Şirkətin Geoloji kəşfiyyat şöbəsinin müdiri, Geologiya-minerologiya elmləri üzrə fəlsəfə doktoru Şəhbəddin Musayev tələbələri qəbul edib, təcrübə proqramı müddətində gənclərin fəal iştirakını, öyrənmə həvəsinin yüksək olduğunu müşahidə etdiyini bildirib. Ümumən təcrübəçilərdən razı qaldığını söyləyən şöbə müdiri proqramın nəticələrini yüksək qiymətləndirib və gənclər məzun olduqdan sonra onlardan bu sahəyə marağı və öz fəaliyyəti ilə seçilən tələbələrin “AzerGold”a işə dəvət oluna biləcəyini diqqətə çatdırıb.

Sonra Ş.Musayev təcrübəçilərə sertifikatlar təqdim edib, istehsalat təcrübəsi zamanı fərqlənən tələbələr isə xüsusi sertifikatla təltif olunublar.

Təcrübə proqramı “AzerGold” QSC-nin ölkədə dağ-mədən sənayesinin elmi inkişafına dəstək mqəsədi ilə həyata keçirdiyi universitetlərlə elmi-praktik əməkdaşlıq layihəsi çərçivəsində ADNSU ilə bağlanan müqavilə əsasında həyata keçirilib. Universitetlə Cəmiyyət arasındakı razılaşmaya əsasən, tərəflər bir-birinin maddi və qeyri-maddi resurslarından istifadə edərək qarşılıqlı əməkdaşlıq edirlər.

Təcrübə proqramı ilə universitetin Geologiya, Dağ-mədən mühəndisliyi, Qeyri-üzvi maddələrin texnologiyası ixtisasları üzrə təhsil alan tələbələr “AzerGold” QSC-nin Daşkəsəndə yerləşən filiz emalı sahəsində iyul və avqust aylarında qızıl və gümüş istehsalı işi ilə yerində tanış olub, prosesin bəzi hissələrində iştirak edə biliblər. Gənclər filiz emalı prosesinin axtarış, planlama, qiymətləndirmə, kəşfiyyat, istismar, partlatma, qırma, topa aşındırma, laborator analizlər, adsorbsiya-desorbsiya, qızıl və gümüş tərkibli xəlitələrin tökülməsi proseslərini əyani surətdə öyrənirblər. Cəmiyyətin rəhbər nümayəndələri, müxtəlif şöbələrinin müdirləri tələbələrlə görüşüb, onlara mühazirələr deyib.

Tələbələr üçün Çovdar filiz emalı sahəsində qalmaq, qidalanmaq, işləmək və tibbi müayinə üçün hər şərait yaradılıb. Təcrübəçilərə işin hər bir detalı incəliklərinə qədər öyrədilib və gələcəyin peşəkarları yetişdirilib. Təcrübə proqramının mütəmadi davam etməsi və hər ay bir neçə tələbənin təcrübəyə dəvət olunması planlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti