...

Dövlət Komitəsi Strateji Yol Xəritəsinin qiymətləndirilməsində ilk onluqda yer alıb

İqtisadiyyat Materials 5 Oktyabr 2017 11:37 (UTC +04:00)

Bakı. Trend:

Strateji Yol Xəritəsinin 2017-ci ilin birinci yarısının monitorinq və qiymətləndirmə nəticələrində Əmlak Məsələləri Dövlət Komitəsi ümumi hədəflər üzrə qurumlar arasında ilk onluqda qərarlaşıb.

Bu barədə Trend-ə Komitədən məlumat verilib.

Bildirilir ki, Komitə milli iqtisadiyyatın perspektivi üzrə isə Strateji Yol Xəritəsindən irəli gələn məsələləri 70% icra edib.

Məlumatda həmçinin qeyd olunur ki, özəlləşmə prosesinə xarici investorların cəlb edilməsi məqsədilə Almaniya, ABŞ, Fransa, Ukrayna, Rusiya Çin, Türkiyə, Hindistan, İngiltərə, İran, BƏƏ-dən olan potensial investorlarla görüşlər keçirilib. Dünya reytinqində ilk 20-liyə daxil olan 10-a yaxın məsləhətçi şirkətin nümayəndələrinə özəlləşdirmə prosesi haqqında məlumatlar verilib.

Özəlləşməyə açılan sahələr, investisiya mühiti və özəlləşdirmə gündəliyi, hərrac prosedurları və digər məsələlər barədə 500-ə yaxın şirkətə, 40-a yaxın investisiya fonduna, beynəlxalq konsaltinq şirkətinə müraciətlər ünvanlanıb və özəlləşmədə iştiraka dəvət olunub. Özəlləşdirilmə prosesinə yatırılan əcnəbi sərmayələrin artırılması məqsədilə, Amerika Ticarət Palatası, Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi, Almaniya-Azərbaycan Xarici Ticarət Palatası, Qara Dəniz İxracatçılar Birliyi ilə birgə əməkdaşlıq istiqamətində işlər görülüb.

Komitədən bildirilib ki, iri investorların ölkə iqtisadiyyatına cəlb edilməsi məqsədilə keçirilən Beynəlxalq Əmlak və İnvestisiya sərgisi ötən ildə olduğu kimi bu il də 23-25 noyabr tarixində Bakı Expo Mərkəzində keçiriləcək. Özəlləşmə sahəsinə investisiyalar mövzusunda beynəlxalq konfrans təşkil olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti