...

Ceyhan limanından 1,9 mln. tondan artıq Azərbaycan nefti dünya bazarlarına çıxarılıb

İqtisadiyyat Materials 5 Oktyabr 2017 12:57 (UTC +04:00)

Bakı. Trend:

Sentyabr ayında Ceyhan limanından 1,9 milyon tondan artıq neft dünya bazarlarına çıxarılıb.

Bu barədə Trend SOCAR-ın saytına istinadən xəbər verir.

2017-ci ilin sentyabr ayı ərzində 1 milyon 901 min 415 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. Bu həcmin 1 milyon 204 min 943 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.

Cari ilin yanvar-sentyabr aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 19 milyon 140 min 954 ton təşkil edib.

Ümumiyyətlə, BTC istismara verilən gündən 2017-ci il oktyabr ayının 1-ə qədər Ceyhan limanından 338 milyon 975 min 553 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti