Bakı. Trend:
Dövlət bankı "Azər Türk Bank" hamı üçün "İstehlak" krediti təklif edir.
Bankdan Trend-ə verilən məlumata görə, 36 aylıq müddətə rəsmişlədirilən bu kreditin maksimal məbləği 15 000 manat yaxud bu ekvivalentdə ABŞ dollarıdır.
İndi rəsmi qazancı 200 manatdan yuxar olan hər kəs bankın “İstehlak” kreditindən faydalana bilər. Qeyd edək ki, müştərilərinin rifahına önəm verən bank onları kredit üzrə vəsaitin sığortalanması xərclərindən də azad edir.
Bankın “Gül kimi” marketinq konsepsiyası çərçivəsində Madame Coco və Dekoria mağazalarında malın ödənişi üçün 5000 manatadək kredit əldə etmək istəyən müştərilərə də bu yeniliklər şamil edilir.
Xatırladırıq ki, kreditlər üzrə ödənişlər hesab nömrəsi ilə "Azər Türk Bank"ın istənilən filialında, həmçinin MilliÖN terminallarında müştəri kodu və doğum tarixini, Hesab.az saytında müqavilə nömrəsi və şəxsiyyət vəsiqəsinin pin kodunu daxil etməklə yerinə yetirilir.
Müştərilər bankın bu kredit növlərindən başqa əməkhaqqı müştəriləri üçün “Korporativ kredit”, yalnız şəxsiyyət vəsiqəsi ilə “Əmanət qarşılığında kredit”, “İpoteka” krediti və Ödəniş kartı vasitəsilə açılan kredit xəttindən də yararlana bilərlər.
Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.