...

İtaliyanın 22 turizm şirkəti ilə ilkin anlaşma əldə olunub

İqtisadiyyat Materials 20 Oktyabr 2017 18:03 (UTC +04:00)
İtaliyadan olan turoperatorlar və yerli turizm şirkətləri arasında tanışlıq və əməkdaşlığın qurulması məqsədilə görüş keçirilib.
İtaliyanın 22 turizm şirkəti ilə ilkin anlaşma əldə olunub

Bakı. Trend:

Milli Turizm Təbliğat Bürosu tərəfindən təşkil edilmiş məlumat turu çərçivəsində oktyabrın 19-da İtaliyadan olan turoperatorlar və yerli turizm şirkətləri arasında tanışlıq və əməkdaşlığın qurulması məqsədilə “JW Abşeron Marriott Hoteli”ndə görüş keçirilib.

Bürodan Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycanın turizm imkanları təqdim edilib, Milli Turizm Təbliğat Bürosu tərəfindən görülən işlər haqqında məlumat verilib.

Turizm sahəsində üçtərəfli əməkdaşlığın potensialı haqqında müzakirələr aparılıb.

Tədbirin yekununda 22 şirkət arasında ilkin anlaşmalar əldə olunub, gələcək əməkdaşlığın konturları müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti