...

"Kapital Bank" təqaüdçülər üçün təlimlər keçirib

İqtisadiyyat Materials 27 Oktyabr 2017 10:05 (UTC +04:00)
"Kapital Bank" təqaüdçülər üçün təlimlər keçirib.
"Kapital Bank" təqaüdçülər üçün təlimlər keçirib

Bakı. Trend:

"Kapital Bank" 1 oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə sosial layihə həyata keçirir.

Bankdan Trend-ə verilən məlumata görə, layihə zamanı ölkənin bir sıra şəhərlərində, “Üçüncü Bahar” sosial layihəsi çərçivəsində təqaüdçülər üçün maliyyə savadlığı tədbirləri keçirilib.

Bakıda, İsmayıllıda, Gəncədə və Lənkəranda keçirilən tədbirlər zamanı, "Kapital Bank"ın mətbuat katibi Pərviz Sədrəddinov tərəfindən “Ödəniş kartlarından istifadə və təhlükəsizlik qaydaları” mövzusunda təlim keçirilib. Təlim materiallarında pensiya kartları, bankomat, PİN kod, POS terminal barədə ətraflı məlumat verilib. Həmçinin, kart itirildikdə, oğurlandıqda, bankomatda qaldıqda nə etmək lazım olduğu izah olunub.

Qeyd edək ki, "Kapital Bank" sosial yönümlü fəaliyyətinə uyğun olaraq gələcəkdə də bu kimi tədbirlərin keçirəcəyini planlaşdırılır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti