...

“AzerGold” ADNSU ilə sıx əməkdaşlıq edəcək (FOTO)

İqtisadiyyat Materials 31 Oktyabr 2017 14:53 (UTC +04:00)
“AzerGold”un nümayəndəsi ADNSU-da mühazirə ilə çıxış edib.
“AzerGold” ADNSU ilə sıx əməkdaşlıq edəcək (FOTO)

Bakı. Trend:

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nümayəndəsi Geoloji kəşfiyyat şöbəsinin müdiri, Geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Şəhbəddin Musayev Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) müəllim və tələbə kollektivi qarşısında təqdimatla çıxış edib.

QSC-dən Trend-ə verilən məlumata görə, Ş.Musayev “Respublika ərazisində nəcib və əlvan metal yataqlarının proqnostik göstəriciləri və onların ehtiyatların istismara cəlb olunmasının perspektivləri” mövzusunda mühazirə deyib.

“AzerGold”un nümayəndəsi Azərbaycandakı yataqların Qafqaz regionunda yeri, qonşu ölkələr və dünyadakı digər yataqlarla müqayisə və təhlilini aparıb. Ş.Musayev həmçinin, dağ-mədən sənayesi ilə məşğul olan səhmdar cəmiyyətin həyata keçirdiyi kəşfiyyat, istismar işləri, strateji planlar, şirkətə aid filiz sahələrindəki nəcib və əlvan metal yataqlarının mineral xammal bazası, yer təkindəki, çıxarılan bilən və həmçinin kommersiya dəyərləri barədə də ətraflı məlumat verib.

Mühazirə universitetin müəllim, professor, bakalavr və magistr tələbələri tərəfindən böyük maraqla qarşılanıb. Təhsil müəssisəsi ilə mədən şirkəti arasında bağlanmış memorandum əsasında bu cür təqdimatların davamlı keçirilməsi nəzərdə tutulur.

İmzalanan memorandum anlaşması iki qurumun daha sıx əməkdaşlıq etməyinə imkan yaradaraq, tərəflərin faydalana biləcək çoxsahəli qarşılıqlı təcrübə mübadiləsini təmin edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti