...

"Azər Türk Bank"dan metropoliten işçilərinə şad xəbər

İqtisadiyyat Materials 3 Noyabr 2017 10:21 (UTC +04:00)
"Azər Türk Bank" Bakı metropoliteninin istismara verilməsinin 50-ci ildönümü və Metropoliten İşçilərinin Peşə Bayramı münasibətilə yeni kampaniya keçirməyə qərar verib.
"Azər Türk Bank"dan metropoliten işçilərinə şad xəbər

Bakı. Trend:

Daim müştərilərinin rahatlığını düşünən Dövlət bankı "Azər Türk Bank" Bakı metropoliteninin istismara verilməsinin 50-ci ildönümü və Metropoliten İşçilərinin Peşə Bayramı münasibətilə yeni kampaniya keçirməyə qərar verib.

Bu barədə Trend-ə bankdan məlumat verilib.

"Azər Türk Bank" tərəfindən 6-20 noyabr tarixləri ərzində "Bakı Metropoliteni" QSC-nin əməkdaşlarına nağd kreditlər tamamilə komissiyasız və sığorta xərci olmadan təklif ediləcək. “Korporativ” kredit məhsulu çərçivəsində verilən vəsaitin maksimal məbləği 10 000 AZN-dir.

Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti