...

PAŞA Bank "Şəffaf vergi tərəfdaşı" adına layiq görülüb

İqtisadiyyat Materials 23 Noyabr 2017 10:41 (UTC +04:00)
Azərbaycanın aparıcı korporativ bankı - PAŞA Bank - "Şəffaf vergi tərəfdaşı" adına layiq görülüb.
PAŞA Bank "Şəffaf vergi tərəfdaşı" adına layiq görülüb

Bakı. Trend:

Azərbaycanın aparıcı korporativ bankı - PAŞA Bank - "Şəffaf vergi tərəfdaşı" adına layiq görülüb.

Bu barədə Trend-ə bankdan məlumat verilib.

Bu status Vergilər Nazirliyi tərəfindən iqtisadiyyatın müxtəlif sektorlarında təmsil olunan biznes fəaliyyətlərində şəffaflıq şərtlərinə riayət edən təşkilatlara verilir.

PAŞA Bankın İdarə Heyətinin sədri Taleh Kazımovun sözlərinə görə, bu ada layiq görülmək Bankın Azərbaycan bazarında və regional miqyasda şəffaf maliyyə fəaliyyətinin həyata keçirilməsinə olan sadiqliyi ilə tam uyğunluq təşkil edir.

T.Kazımov bildirib: "İqtisadi islahatların aparılması və ölkədə investisiya mühitinin cəlbediciliyinin artırılması bazarda şəffaflıq prinsiplərinə əməl etmədən mümkün olmazdı. Bu baxımdan, "Şəffaf vergi tərəfdaşlığı" aktual və vaxtında müəyyən edilmiş təşəbbüsdür və vergi ödəyiciləri ilə tənzimləyici orqanlar arasında tərəfdaşlığın möhkəmləndirilməsinə yönəlmişdir, bu isə nəticədə Azərbaycan iqtisadiyyatının potensialının artırılmasına müsbət təsir göstərir".

Qeyd edək ki, PAŞA Bank "Şəffaf vergi tərəfdaşı" adına layiq görülmüş Azərbaycan bank seqmentinin az sayda iştirakçılarından biridir. Bu statusa layiq görülmək üçün bazar iştirakçıları bir sıra meyarlara, o cümlədən vergilərin tam və vaxtında ödənilməsi, müvafiq hesabatlılığın təmin edilməsi, gücləndirilmiş elektron imzadan istifadənin tətbiq edilməsi, mühasibatlıq uçotunun yerli və beynəlxalq standartlara uyğun aparılması kimi bu və digər şərtlərə riayət etməlidir.

PAŞA Bank Azərbaycanın aparıcı korporativ bankı olaraq ölkə tərəfindən həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi səylərinə uyğun olaraq Azərbaycanın qeyri-neft sektorunun genişləndirilməsi üçün bu sahədə fəaliyyət göstərən korporativ müştərilərinə xidmət göstərməkdən ibarət strateji məqsədlə 2007-ci ildə təsis olunmuşdur. Baş ofis və 6 Biznes-mərkəzləri ilə təmsil olunan PAŞA Bankda 600-dən çox əməkdaş çalışır.

2011, 2012 və 2013-cü illərdə PAŞA Bank beynəlxalq maliyyə jurnalı EMEA Finance tərəfindən "Azərbaycanın Ən Yaxşı İnvestisiya Bankı" mükafatına layiq görülmüşdür. 2014-cü ildə Bank World Finance Magazine tərəfindən “Azərbaycanın ən yaxşı kommersiya bankı”, “Azərbaycanın ən yaxşı bank qrupu”, “Azərbaycanın ən yaxşı fərdi bankı” mükafatları ilə təltif edilmişdir. 2016-ci ildə Bank "World Finance" jurnalı tərəfindən "Ən Yaxşı Bank Qrupu" və "Ən yaxşı Kommersiya Bankı", Global Finance jurnalı tərəfindən isə "Azərbaycanın ən yaxşı bankı" mükafatı ilə təltif olunmuşdur. 2017-ci ildə isə PAŞA Bank Global Finance tərəfindən “Azərbaycanın ən yaxşı bankı” adına, EMEA Finance tərəfindən “Azərbaycanın ən yaxşı bankı” mükafatına, “Mərkəzi və Şərqi Avropa və MDB ölkələri üzrə Korporativ sosial cavabdehlik” mükafatına və “Azərbaycanın ən yaxşı investisiya Bankı” mükafatlarına, Euromoney tərəfindən “Azərbaycanın ən yaxşı bankı” adına layiq görülmüşdür.

PAŞA Bank Azərbaycanın iri investisiya Holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA Şirkətlər Qrupuna aiddir.

www.pashabank.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti