...

Azərbaycan Beynəlxalq Bankının ƏLA xidmət mərkəzi yeni imkanlarla yeni ünvanda

İqtisadiyyat Materials 27 Noyabr 2017 11:13 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankının “ƏLA - Ən Lazımi Anda” brendi altında yaradılmış elektron xidmət mərkəzi yeni ünvanda yeni imkanlarla fəaliyyətə başlayıb.
Azərbaycan Beynəlxalq Bankının ƏLA xidmət mərkəzi yeni imkanlarla yeni ünvanda

Bakı. Trend:

Azərbaycan Beynəlxalq Bankının “ƏLA - Ən Lazımi Anda” brendi altında yaradılmış elektron xidmət mərkəzi yeni ünvanda yeni imkanlarla fəaliyyətə başlayıb.

Bu barədə Trend-ə bankdan məlumat verilib.

ƏLA mərkəzi müştərilərə Nizami küçəsi 67 ünvanında (Bankın Baş ofisi) xidmət göstərəcək. Müasir texniki vasitələrlə təchiz olunmuş mərkəzdə müştəri bankın əməkdaşı ilə videoəlaqə yaradaraq, lazımi bank əməliyyatlarını asanlıqla həyata keçirir. Mərkəzin yeni imkanlarından biri bundan ibarətdir ki, indi burada innovativ bankçılıq texnologiyalarından olan avtomatlaşdırılmış depozit qutuları sistemi də quraşdırılıb.

ƏLA mərkəzində aşağıdakı bank əməliyyatlarını həyata keçirmək mümkündür:

- Cəmi bir neçə dəqiqə ərzində ƏLA debet kartı almaq və karta şifrə təyin etmək;

- 8937 qısa nömrəsinə SMS göndərməklə kredit almaq;

- Təhlükəsizlik və məxfilik şəraitində, bank əməkdaşının köməyinə ehtiyac qalmadan qiymətliləri depozit qutularında yerləşdirmək, yaxud bankdan götürmək.

Bank yaxın gələcəkdə ƏLA xidmət mərkəzlərinin sayını artırmağı planlaşdırır.

Ölkəmizin müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti