"Baku Guide" kataloquyla əsrarəngiz bölgələrimizə yolçuluq (FOTO)

"Baku Guide" kataloquyla əsrarəngiz bölgələrimizə yolçuluq (FOTO)

Bakı. Trend:

“Bakının qış menyusu”, “Bakıda çay mədəniyyəti”, “Bakı 3 günə” – bunlar artıq dördüncü ildir paytaxtımıza təşrif buyuran əcnəbi qonaqlara, eləcə də aktiv istirahət həvəskarı olan şəhər sakinlərinə bələdçilik edən “Baku Guide” kataloqunun növbəti, 2017-ci ilin dekabr sayının mövzu başlıqlarından bir neçəsidir.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə, “Mədəniyyət” qəzetinin əlavəsi olaraq nəşr olunan bələdçi kataloqunun bu sayı da kiçikdən böyüyə ən müxtəlif zövq sahibləri üçün – qurmanlardan teatrallara, melomanlardan şopinq və ekstrim həvəskarlarınadək – maraqlı materiallarla zəngindir. İngilis və rus dillərində nəşr olunan kataloqun budəfəki buraxılışının rubrika və bölmələrində fərqli və yaddaqalan istirahət arzulayan hər kəs axtardığını tapa biləcək.

“Bakını kəşf et” bölməsində rəngarəng illüstrasiyalarla təqdim olunan yazılarda qədim şəhərin həm ənənəvi, özünəməxsus koloriti, həm də ultramüasir yenilikləri, eləcə də mövsümə uyğun özəllikləri diqqəti çəkir. Qarşıdan gələn Yeni il tətilini Azərbaycan paytaxtında keçirməyə hazırlaşanlar bayram əhvallarına rəng qatmaq üçün “Bakıda Yeni il gəzintiləri” yazısını diqqətlə oxusunlar. Bakıya istər tək, istər ailəliklə gələnləri burada ürəkləri istəyən istirahət və əyləncə gözləyir.

“Bakının qış menyusu”nda düşbərədən xingala, xaş və pitidən dolmayadək Azərbaycan mətbəxinin ləziz yeməkləri haqqında dadlı məlumat verilir. Ləzzəti yeməkdən sonra isə çay dəstgahı lap yerinə düşər. Armudu stəkanda məxməri çay, yanında da növbənöv mürəbbələr, milli şirniyyatlar. Bütün bunlar və daha artığı “Bakıda çay mədəniyyəti”ndə.

Şəhərimizə qısa müddətə gələnlər üçün isə “Bakı 3 günə” yazısı maraqlı olacaq. İçərişəhərdə Qız qalası və Şirvanşahlar sarayından başlanan marşrut şəhərin əsas gəzməli-gərməli yerlərini əhatə edir. Bununla bərabər, minilliklərin vərəqləndiyi Qobustan, Yanardağ və Atəşgah qoruqlarına baş çəkə, “Bakının memarlıq inciləri”ni gözdən keçirə, “Tarixə toxun”ub Azərbaycanın milli geyimləri haqqında məlumat əldə edə və təbii ki, şəhərimizdən bir də xoş xatirəli hədiyyə ilə getmək istəyirsinizsə, “Turist Bakıda nə ala bilər” yazısını oxuya bilərsiniz.

Ənənəvi olaraq “Baku Guide” bələdçisinin bu sayında da paytaxtın teatr və konsert müəssisələrinin aylıq repertuarı, dekabr ayında gözlənilən əlamətdar mədəniyyət tədbirlərinin afişası, bunlarla yanaşı teatr və konsert salonlarının, paytaxtın böyük muzeylərinin qısa tarixçəsi, qalereya və sərgi salonları, kino nümayişi mərkəzləri haqqında məlumatlar da kataloqun səhifələrində yer alıb.

“Baku Guide” ənənəsinə sadiq qalaraq Azərbaycanın paytaxtdan kənar gözəlliklərini də oxucularına təqdim edir. “Odlar Yurdunda qar nağılı” yazısı mövsümün nəfəsini təbiət qoynunda duymaq və əsl qış havasını yaşamaq istəyənlər üçün nəzərdə tutulub. Yazıda qış istirahəti həvəskarlarına faydalı məsləhətlər verilir. Vurğulanır ki, Azərbaycanda təbii iqlim müxtəlifliyi ilboyu istirahət üçün geniş imkanlar açır. Son illər ölkədə qış turizminin populyarlaşdırılması üçün müasir infrastruktur yaradılıb. Qusar rayonundakı Şahdağ Turizm Mərkəzi artıq altıncı mövsümdür dağ-xizək idmanı həvəskarlarını qış istirahətinə dəvət edir. Qəbələ rayonu ərazisindəki Tufandağ dağ-xizək kompleksi də hər kəsə unudulmaz təəssürat vəd edir.

Kataloqun bu sayında həmçinin turistlər üçün maraq kəsb edən “ASAN Viza” xidməti, “Tax Free” sistemi, bu sistemin üstünlükləri, şərtləri, “Baku City Tour”, şəhər turunun marşrutu barədə materiallar verilib. Şəhərdəki məşhur restoran və kafelər, bar və pablar, şopinq həvəskarları üçün iri ticarət mərkəzləri, əyləncə axtaranlar üçün karaoke və gecə klubları, kinoteatrlar barədə məlumatlar da “Baku Guide” oxucularına bələdçilik edir. Bu məlumatlara turistlər üçün zəruri bilgilər, turizm informasiya mərkəzlərinin, paytaxtımızdakı xarici ölkə səfirliklərinin, dini məkanların və s. ünvan və telefonları da əlavə olunur.

Paytaxtda koronavirusa ən çox yoluxma bu rayondadır
Paytaxtda koronavirusa ən çox yoluxma bu rayondadır
Hərbçilərimiz koronavirusla bağlı çağırış etdi (VİDEO)
Hərbçilərimiz koronavirusla bağlı çağırış etdi (VİDEO)
Rusiyanın Qazprom qülləsi Azərbaycan bayrağına boyandı (VİDEO)
Rusiyanın Qazprom qülləsi Azərbaycan bayrağına boyandı (VİDEO)
Loading Bars
Xəbər lenti
Sabah 26 dərəcəyədək isti olacaq
Paşinyanın selfi çəkdirdiyi hərbi texnikalar bir-bir məhv edilir (FOTO)
13 yaşlı Rusiya vətəndaşının öldürülməsi erməni faşizminin növbəti təzahürüdür - Deputat
Prezident İlham Əliyev: Əgər müharibəyə mən başlamışamsa, niyə 17 il gözləyirdim
Baş Prokurorluq Ordu ilə bağlı qeyri-rəsmi video, foto və informasiya yayanlara xəbərdarlıq edib (VİDEO)
Prezident İlham Əliyev: Biz Xankəndidə hərbi infrastrukturu hədəfə alırdıq, çünki hərbi bazalar, hərbi infrastruktur şəhərdə yerləşir
Prezident İlham Əliyev: Amerikada, Fransada, Rusiyada yaşayan erməniləri Dağlıq Qarabağdakı ermənilər maraqlandırmır
Prezident İlham Əliyev: Trampın münaqişənin həlli ilə bağlı gördüyü işlər beynəlxalq münasibətlərə tam uyğundur
Prezident İlham Əliyev: Azərbaycanın atəşkəsi pozması barədə sübut yoxdur, biz, sadəcə, cavab verdik
Prezident İlham Əliyev: Korrupsiya hər yerdə var və biz bununla mübarizə aparırıq
Prezident İlham Əliyev: Azərbaycanda Türkiyənin dəstəklədiyi suriyalı silahlıların döyüşməsi daha bir feyk xəbərdir
Kaliforniyada Gəncə terroruna etiraz edilib (FOTO)
Prezident İlham Əliyev: Şuşada kilsədə baş verənlər ya səhv olub, ya da bizi günahlandırmaq üçün ermənilərin özləri tərəfindən törədilib
Fransa parlament heyətinin Ermənistana səfəri birtərəfli və qərəzli xarakter daşıyır - Hikmət Hacıyev
Prezident İlham Əliyev 90-cı illərdəki döyüşlər haqqında: Biz müharibədə məğlub olmamışdıq, biz döyüşü uduzmuşduq
Prezident İlham Əliyev: Vasitəçilər Dağlıq Qarabağa müstəqillik, yaxud muxtariyyət verilməsi ilə bağlı bizə heç bir plan təqdim etməyib
Azərbaycan Prezidenti: İkinci dəfə atəşkəs yalnız iki dəqiqə davam etdi və Ermənistan onu pozdu
Prezident İlham Əliyev: Hücuma başlayan Ermənistan idi, biz özümüzü müdafiə etməli və cavab verməli idik
Prezident İlham Əliyev ABŞ-ın “Fox News” televiziya kanalına müsahibə verib (FOTO)
Ölkə üzrə koronavirusa yoluxma statistikası açıqlanıb
Paytaxtda koronavirusa ən çox yoluxma bu rayondadır
Qazaxıstanda koronavirusa daha 152 nəfər yoluxub
İƏT fransalı islamofob siyasətçilərlə bağlı bəyanat yayıb
Döyüşlərdə uşaqlardan istifadə edən Ermənistan məsuliyyətə cəlb edilməlidir - Beynəlxalq qaydalar pozulub
Ermənistanda hərbidən yayınmaq üçün saxta Covid-19 arayışı satan həkim həbs olunub
MN xəbərdarlıq edir: Düşmənə hərbi sirr vermə! (FOTO)
Azərbaycanın qəhrəman övladları Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ədaləti yenidən bərqərar edir - Yalçın Topçu
Düşmən itkilər vərərək geri çəkilib
Düşmənin məhv edilən hərbi təxnikası - SİYAHI
Qoşunlarımız Xocavənd, Qubadlı və Laçında düşmənə ciddi zərbə vurub - MN
Həbib Nurməhəmmədov UFC-də son döyüşünü keçirdiyini deyib
Samsung-un sədri vəfat edib
Nüvə Silahlarına Qadağa Müqaviləsi 22 yanvar 2021-ci ildə qüvvəyə minəcəkdir
Dünyada sutkada koronavirusa yoluxma sayında rekord artım qeydə alınıb
Moskvada koronavirusdan daha 68 nəfər ölüb
ANAMA cəbhəboyu ərazilərdə hərbi sursat, radiopelenqatorlar və mərmi qalıqlar aşkar edib (FOTO)
Həbib Nurməhəmmədov üçüncü dəfə UFC çempionu titulunu qorudu
Əfqanıstanda "Əl-Qaidə" liderlərindən biri zərərsizləşdirilib
Türkiyədə koronavirusdan sağalanların sayı 313 mini keçib
Hərbçilərimiz koronavirusla bağlı çağırış etdi (VİDEO)
Fransa Ankaradakı səfirini geri çağırıb
Düşmənin döyüş texnikaları məhv edilib (VİDEO)
Hikmət Hacıyev: 15 yaşınadək uşaqların əsgər kimi istifadə olunması müharibə cinayətdir (VİDEO)
Ermənistan döyüşlərdə uşaqlardan istifadə etməyə davam edir (VİDEO)
Hikmət Hacıyev: Ermənilərin hədəfi kənd və mülki şəxslər idi (FOTO)
Ermənistanın xarici işlər naziri də Paşinyan kimi CNN-ə müsahibədə rəzil duruma düşdü - Politoloq
Rusiyanın Qazprom qülləsi Azərbaycan bayrağına boyandı (VİDEO)
Gəncədəki erməni terroru nəticəsində həlak olan Rusiya vətəndaşının xatirəsi yad edilib (FOTO)
Beynəlxalq təşkilatlar Ermənistanın münaqişədə birbaşa iştirakı barədə məlumatlandırılıb (FOTO/VİDEO)
MN: Aciz qalan düşmən dezinformasiya və təxribat xarakterli məlumatlar yayır
MN: Təslim olan ermənilərin üçüncü dövlətlərə keçməsi üçün şərait yaradılacaq
Almaniyada Gəncə terroruna qarşı etiraz yürüşü keçirilib (FOTO)
MN: Azərbaycan Ordusunun keçirdiyi əməliyyatların qarşısını almaq məqsədilə düşmən təxribata əl atır
Azərbaycan HHQ-i düşmənin hərbi texnikası və infrastrukturunu məhv edib
Video layihə: PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah 24.10.2020 tarixli bölüm
Prezidentə yazırlar: Erməni terrorçularına qarşı qətiyyətli mövqe göstərdiyinizə görə Sizinlə fəxr edirik
Düşmənin bölmələrimizə hücum cəhdinin qarşısı alınıb - MN
Milli Məclisin Sədri Fransa Milli Assambleyasının Sədrinə məktub ünvanlayıb
İslamabadın ən böyük alış-veriş mərkəzində “Ermənistan mülki əhalini qətlə yetirir. Erməni təcavüzünə son” adlı aksiya keçirilir (FOTO/VİDEO)
Paşinyanın ardınca Mnatsakanyan da CNN-də özünü biabır etdi
Bayrağımızı Şuşada, Ağdərədə və digər işğalda olan torpaqlarda dalğalandıracağıq - Azərbaycan hərbçiləri (VİDEO)
Rusiya XİN ermənilərin Gəncəyə raket atəşi nəticəsində həlak olan Rusiya vətəndaşı ilə bağlı məlumat yayıb
Gəncədə 10 qadın və 6 uşaq olmaqla 26 nəfər həlak olub - Baş Prokurorluq
"Amerikanın səsi" etdiyi səhvə görə üzr istədi (FOTO)
İşğal olunmuş ərazilərdəki dinc əhaliyə hərbi obyektlərdən uzaq durmaq tövsiyə edilir
Ermənilərin atəşi nəticəsində həlak olan mülki şəxslərin sayı 65-ə çatdı
Parisdəki Azərbaycan Evinin rəhbəri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı “Sputnik Frans” a müsahibə verib
Ermənistan ərazisindən Azərbaycanın ərazisinə hücumların edilməsi növbəti hərbi təcavüz aktıdır - Hikmət Hacıyev
Qax və Zaqatalanın giriş-çıxışlarında karantin postları qurulub (FOTO)
Ballistik raketləri mülki insanlara qarşı atan Ermənistan hakimiyyətinin əməlləri hərbi cinayətdir - Deputat
Rusiya səfirliyi Ermənistanın Gəncəyə raket atəşi nəticəsində ölən yeniyetmə ilə bağlı məlumat yayıb
Dövlət başçısının müxtəlif televiziya kanallarına, qəzetlərə verdiyi müsahibələr tarixi əhəmiyyətə malikdir - Hikmət Babaoğlu
Artilleriya bölmələrimiz düşmənə sarsıdıcı zərbələr endirməyə davam edir (VİDEO)
Ağlını itirmiş rəhbər və ya Paşinyanın “parkinson xəstəliyi”
ABŞ-da koronavirus vaksininin sınaqları bərpa olunub
Azərbaycan əsgəri beynəlxalq hüquqla müəyyən edilmiş normalar çərçivəsində davranır - Müdafiə Nazirliyi
Ermənistan növbəti itkilərini açıqlayıb - SİYAHI
Şəhid olmuş hərbçilərin və müharibədən zərər çəkmiş şəxslərin kreditləri silinəcək
Düşmənin daha bir PUA-sı məhv edilib
Qarşı tərəfin məqsədi Azərbaycan Ordusunu Ermənistan ərazisinə atəş açmağa təhrik etməkdir - Hikmət Hacıyev
Baş Prokurorluq sosial şəbəkə istifadəçilərinə və bəzi KİV nümayəndələrinə xəbərdarlıq edib
Elsiz-obasız, torpaqsız olmaq dünyada heç bir dərdlə müqayisə edilə bilməz - Zəngilan sakini
Düşmənin döyüş təyyarəsi məhv edilib
Azərbaycanda yaşanan işğal faktorunun arxasında Fransa da var - Ərdoğan
Azərbaycanda 792 nəfər COVID-19-a yoluxub, 220 nəfər sağalıb, 8 nəfər vəfat edib
Azərbaycan Ordusu yüksək əhval-ruhiyyə ilə işğal olunan torpaqlarımızı azad edir (VİDEO)
Rəcəb Tayyib Ərdoğan: Azərbaycan öz torpaqlarını geri almağa başlayıb
İranda 335 nəfər koronavirusdan öldü
Mətbuat Şurası aparıcı media qurumlarına, insan hüquqları birliklərinə və beynəlxalq təşkilatlara müraciət edib
ABŞ-da koronavirusa yoluxmada rekord qeydə alındı
Bu gün daha iki şagirdimiz düşmən təcavüzünün qurbanı oldu - Nazir
Əkrəm İmamoğlu koronavirusa yoluxub (VİDEO)
Dağlıq Qarabağda referendum heç vaxt olmayacaq - Rauf Əliyev
Ermənistan Gəncədə rusiyalı yeinyetməni qətlə yetirməklə bütün dünyaya qarşı müharibə elan etdiyini göstərdi - ŞƏRH
Laçın və Qubadlı rayonları Ermənistan ərazisindən raket-artilleriya atəşinə tutulur
Müharibədən sonra Dağlıq Qarabağa xarici investisiya axını şübhəsizdir - İqtisadçı
Bakıda mənzildən 30 min manatlıq oğurluq edilib
Erməni təcavüzü nəticəsində 8 məktəbli həlak olub, 16 məktəbli yaralanıb - Nazirlik
Azərbaycan nefti ucuzlaşıb
Ermənistan Azərbaycan torpaqlarının qanunsuz işğalına son qoymalıdır - Türkiyə Müdafiə Nazirliyi
Bütün xəbərlər