...

"Kapital Bank" 500-dən artıq təhsil işçisini mükafatlandırıb

İqtisadiyyat Materials 6 Dekabr 2017 10:23 (UTC +04:00)
"Kapital Bank" 500-dən artıq təhsil işçilərini mükafatlandırdı.
"Kapital Bank" 500-dən artıq təhsil işçisini mükafatlandırıb

Bakı. Trend:

"Kapital Bank" 500-dən artıq təhsil işçilərini mükafatlandırdı.

Bu barədə Trend-ə bankdan məlumat verilib.

Xəbər verdiyimiz kimi, "Kapital Bank" təhsil işçiləri üçün “Payız fürsəti” adlı stimullaşdırıcı lotereya keçirib. 4 dekabr tarixində keçirilən lotereyanın ikinci tirajında da 255 təhsil işçisi müxtəlif pul mükafatları, 1 nəfər isə əsas hədiyyə olan 3000 manatı qazandı. Qaliblərin siyahısı bankın saytında qeyd olunub.

Şərtlərə görə, "Kapital Bank" kartları ilə məvacib alan təhsil işçiləri 2 oktyabr-30 noyabr 2017-ci il tarixlərində "Kapital Bank" bankomatlarında mobil nömrələrini qeydiyyatdan keçirərək, avtomatik olaraq lotereyanın iştirakçısına çevrilirdilər.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti