...

Azərbaycanda bələdiyyələrə qəbiristanlıqlarla bağlı səlahiyyət verilir

İqtisadiyyat Materials 19 Dekabr 2017 12:21 (UTC +04:00)
Azərbaycanda bələdiyyələrə qəbiristanlıqların saxlanılması, idarə olunması, abadlaşdırılması, köçürülməsi, həmçinin dəfn xidmətlərinin təşkili üçün səlahiyyət verilir.
Azərbaycanda bələdiyyələrə qəbiristanlıqlarla bağlı səlahiyyət verilir

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda bələdiyyələrə qəbiristanlıqların saxlanılması, idarə olunması, abadlaşdırılması, köçürülməsi, həmçinin dəfn xidmətlərinin təşkili üçün səlahiyyət verilir.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Bələdiyyələrin statusu haqqında “qanuna dəyişikliklərdə öz əksini tapıb.

Qanunun 4-cü (Yerli sosial müdafiə və sosial inkişaf proqramları) maddəsinin 2-ci hissəsinə edilən əlavəyə əsasən, qəbiristanlıqların saxlanılması, idarə olunması, abadlaşdırılması, köçürülməsi, həmçinin dəfn xidmətlərinin təşkilinə bələdiyyələr yardım göstərəcək.

Qeyd olunur ki, qəbiristanlıqların salınması və idarə olunması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydalara uyğun olaraq həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti