...

Şahdağ turlarının təşkili ilə bağlı standartlar hazırlanır

İqtisadiyyat Materials 21 Dekabr 2017 12:16 (UTC +04:00)
Şahdağ turlarının təşkili ilə bağlı standartlar hazırlanır.
Şahdağ turlarının təşkili ilə bağlı standartlar hazırlanır

Bakı. Trend:

Şahdağ turlarının təşkili ilə bağlı standartlar hazırlanır.

Bu barədə Trend-ə Azərbaycan Turizm Assosiasiyasından (AzTA) məlumat verilib.

Assosiasiyadan bildirilib ki, AzTA-da turizm şirkətləri ilə "Şahdağ" Turizm Mərkəzi arasında keçirilən görüşdə Assosiasiyasının təklif etdiyi koordinasiya metodu ilə birgə tənzimləmə yolları müzakirə olunub.

Eyni zamanda, Turizm Mərkəzi ilə əməkdaşlıq şərtləri və güzəştləri haqqında razılığa gəlinib.

AzTA Şahdağ turlarının təşkili ilə bağlı özündə bir sıra xidmət keyfiyyəti standartını əks etdirən tövsiyə xarakterli anlaşma sənədinin ilkin versiyasını turizm şirkətlərinin diqqətinə çatdırıb.

Məkumatda qeyd olunur ki, razılaşdırılmış şərtlərin icra edilməsi üçün AZTA Gəlmə Turizm Komitəsi nəzdində turizm şirkətləri arasından səsvermə yolu ilə 5-7 nəfərlik komissiyanın yaradılması haqqında qərar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti