...

Deputat: Tikintidə kim necə gəldi, gözəyarı qiymət qoyur

İqtisadiyyat Materials 1 Fevral 2018 12:42 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

Bakıda tikinti işlərinin aparılması ilə bağlı yeni qanun layihəsinin qəbul edilməsi təklif edilib.

Trend-in məlumatına görə, Milli Məclisin deputatı Zahid Oruc parlamentin iclasında bildirib ki, Bakıda bir çox istismar müddətini başa vurmuş binalar var:

“Bu binaların yerində yeni binalar tikmək istəyən iş adamları var, ancaq kim necə gəldi, gözəyarı qiymət qoyur və narazılıqlar yaranır. Hesab edirəm ki, bu məsələ ilə bağlı qanun qəbul edilməli və qanunla tənzimlənməlidir”.

Milli Məclisin sədri Oqtay Əsədov isə bildirib ki, bu məsələ ilə müvafiq icra orqanları məşğul olmalıdır.

O qeyd edib ki, hər məsələni Milli Məclisin üzərinə atmaq düzgün olmaz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti