...

Bitkoin hələ belə "çökməmişdi" - 9 min dollardan aşağı

İqtisadiyyat Materials 2 Fevral 2018 09:35 (UTC +04:00)
Dünyada ən populyar kriptovalyuta olan bitkoinin ucuzlaşması davam edir.
Bitkoin hələ belə "çökməmişdi" - 9 min dollardan aşağı

Bakı. Trend:

Dünyada ən populyar kriptovalyuta olan bitkoinin ucuzlaşması davam edir.

Trend-in məlumatına görə, bitkoinin son qiyməti hətta 9 min dollardan da aşağı düşüb. Daha dəqiq desək, "CoinMarketCap" portalının məlumatına əsasən, bitkoin 14,5% və ya 8,69 min dollaradək ucuzlaşıb. "Bitfinex" birjasında bitkoinin məzənnəsi 13,82% faiz (8,79 min dollaradək), OKEx-da isə 12,8% faiz (8,8 min dollaradək) ucuzlaşıb.

Alternativ kriptovalyutalar - "Ethereum" 16,6% və ya 956,8 dollaradək, "Ripple" isə 25,42% (0,85 dollara qədər), "Bitcoin Cash" isə 20% (1,18 min dollaradək) bahalaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 420,72 milyard dollar təşkil edir. Bu göstəricinin 35 faizi bitkoinin payına düşür.

Xəbər lenti

Xəbər lenti