...

Şahin Mövsümov Gürcüstanın Baş naziri və Tbilisi meri ilə görüşdə iştirak edib

İqtisadiyyat Materials 2 Fevral 2018 10:58 (UTC +04:00)
Şahin Mövsümov Gürcüstanın Baş naziri və Tbilisi meri ilə görüşdə iştirak edib.
Şahin Mövsümov Gürcüstanın Baş naziri və Tbilisi meri ilə görüşdə iştirak edib

Bakı. Trend:

“AS Qrup İnvestment” şirkətinin təsisçisi Şahin Mövsümov Tbilisidə Gürcüstan Biznes Assosiasiyasının təşkil etdiyi ölkənin rəhbər şəxsləri ilə assosiasiya üzvləri arasında keçirilən görüşdə iştirak edib.

Trend-in məlumatına görə, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, regional inkişaf və infrastruktur naziri Zurab Alavidze, kənd təsərrüfatı naziri Levan Davitaşvili və paytaxt meri Kaxaber Kaladzenin də qatıldığı tədbir yanvarın 31-də keçirilib.

Görüş zamanı Gürcüstanda özəl sektor üçün yaradılmış şərait müzakirə olunub, ölkədə fəaliyyət göstərən aparıcı şirkətlər Gürcüstanın biznes mühitinin müxtəlif komponentlərini - makroiqtisadi mühit, məhkəmə sistemi, hüquqi çərçivə, vergi mühiti və əmək bazarını qiymətləndirib.

Baş nazir G.Kvirikaşvili assosasiya üzvləri qarşısında çıxış edərək Gürcüstanın 2017-ci ildə ümumi makroiqtisadi göstəriciləri, Ümumi Daxili Məhsul, beynəlxalq ticarət, ixrac dəyərləri barədə müsbət nəticələr əldə olunması barədə məlumat verib.

Ş.Mövsumovla Baş nazir G.Kvirikaşvilinin görüşü zamanı Azərbaycan və Gürcüstan arasında son zamanlar biznes münasibətlərindəki inkişaf barədə danışılıb.

Xəbər lenti

Xəbər lenti