...

Sabahdan Bakı-Sumqayıt qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək

İqtisadiyyat Materials 14 Fevral 2018 16:55 (UTC +04:00)
Sabahdan Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində hissəvi dəyişiklik ediləcək.
Sabahdan Bakı-Sumqayıt qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək

Bakı. Trend:

Sabahdan Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində hissəvi dəyişiklik ediləcək.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Bakı-yük-Keşlə mənzilinin cüt yolunda aparılan təmir işləri ilə bağlı “Texniki fasilə”nin verilməsi ilə əlaqədar olaraq, 15.02.2018-ci ildən 20.02.2018-ci ilədək Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəli hissəvi dəyişdirilir.

Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər barədə www.ady.az saytından əldə edə bilərsiniz.

Qeyd: - Hər şənbə, bazar və bayram günləri 6002/6001, 6004/6003 nömrəli elektrik qatarları hərəkətdə olmayacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti